Yeni dünya müharibəsinə çox yaxınıq - Orban

Kiyev və Brüssel Ukraynanı NATO-ya dəvət etməklə bütün Avropanı Rusiya ilə müharibəyə sürükləmək istəyir.

Olaylar xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib.

"70 il ərzində biz heç vaxt indiki kimi yeni dünya müharibəsinə bu qədər yaxın olmamışıq. Avropa liderləri və Brüssel bürokratları Avropanı Ukrayna münaqişəsinə sürüklədilər, indi isə bütün Avropa Birliyini Rusiya-Ukrayna müharibəsinə sürükləmək istəyirlər. Bunu Brüsselin Kiyevə silah tədarükünü davam etdirmək niyyəti və Ukrayna Prezidenti Vladimir Zelenskinin irəli sürdüyü hərbi plan sübut edir. Zelenskinin qondarma Qələbə planının mahiyyəti Ukraynanı NATO-ya üzv etməklə və cəbhə xəttini Rusiya ərazisinə keçirməklə müharibənin miqyasını genişləndirməkdir", - Orban bildirib. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31