İranda 17 nəfərin ölümünə səbəb olan spirtli içki istehsal edənlər edam olundu
23 Oktyabr 2024 15:49 Dünyaİranda 200-dən çox insanın zəhərlənməsinə səbəb olan şəxslər edam edilib.
Olaylar.az xəbər verir ki, İranda ötən il 17 nəfərin ölümünə və 200-ə yaxın insanın zəhərlənməsinə səbəb olan surroqat spirti istehsal etməkdə və kütləvi şəkildə yaymaqda ittiham olunan 4 nəfər edam edilib.
"Edam 2023-cü il iyunun 16-da Kerec şəhərində 17 nəfərin ölümü, 191 nəfərin zəhərlənməsi ilə nəticələnən spirtli içkilərin istehsalı və yayılması işi üzrə həyata keçirilib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu işdə təqsirli bilinənlərin qalan hissəsi isə həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31