Kişinin xəbəri olmadan mədəsi çıxarıldı, ölümdən döndü
23 Oktyabr 2024 14:07 Dünyaİstanbulda özəl xəstəxanalardan birində əməliyyat olunan kişinin xəbəri olmadan mədəsi çıxarılıb.
Olaylar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə İstanbulda özəl xəstəxanalardan birində şəkər xəstəliyi üçün həkimə gedən Murat Polatın mədəsi əməliyyat zamanı ondan xəbərsiz çıxarılıb.
Əməliyyatdan sonra 6 ayda 17 kilo arıqlayan xəstə mədəsinin bir parçasının çıxarıldığını başqa həkimə gedəndə öyrənib.
Hadisədən sonra o, özəl xəstəxananın həkimini şikayət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31