Yaponiya və ABŞ birgə hərbi təlimə başlayıb - ÖZƏL

Olaylar.az  xəbər verir ki, ABŞ və Yaponiya Yaponiya ərazisində Keen Sword adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb.

İki ildən bir keçirilən təlim hava və raketdən müdafiəyə yönəldiləcək və noyabrın 1-dək davam edəcək.

Yaponiya Müdafiə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, təlimdə əsas diqqət döyüş qarşılıqlı fəaliyyətinə, birgə hava hücumu əməliyyatlarına və hərtərəfli hava və raket hücumundan müdafiəyə yönəldiləcək. Hər iki tərəfdən quru, dəniz və hava qüvvələri iştirak edəcək. Təlimlərə Avstraliya silahlı qüvvələri də qoşulacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31