Belousov: Rusiya və Belarus yeni təhlükəsizlik konsepsiyasına hazırlığı tamamlayır- ÖZƏL

Moskva və Minsk Rusiya və Belarus üçün hərbi təhlükəsizliyin təmin edilməsinə dair sazişin və yeni təhlükəsizlik konsepsiyasının hazırlanmasını yekunlaşdırır.

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib. 

Nazir bildirib ki, ölkələr iki ölkə üçün təhlükəsizlik zəmanətləri haqqında saziş və yeni təhlükəsizlik strategiyası üzərində işləri yekunlaşdırır. O, bu barədə Belarusun paytaxtında keçirilən iki dövlətin müdafiə nazirliklərinin birgə kollegiyasının iclasında bildirib.

Daha əvvəl məlum olub ki, Rusiya və Belarus "Zapad-2025" adlı birgə hərbi təlimlərə hazırlığa başlayıblar.

Belarus hərbçilərinin Rusiyaya təlim keçmək üçün göndərildiyi də açıqlanıb, lakin bu təlimin məqsədi açıqlanmayıb. Bu barədə məlumat oktyabrın 19-da yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31