Rusiya və Çin mürəkkəb beynəlxalq vəziyyətə baxmayaraq iqtisadi əlaqələri gücləndirirlər - ÖZƏL
23 Oktyabr 2024 12:04 DünyaMoskva və Pekin mürəkkəb qlobal vəziyyətə baxmayaraq, ticari-iqtisadi əməkdaşlığı uğurla inkişaf etdirir.
Olaylar.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin Kazanda keçirilən BRİKS-in 16-cı Sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
"Dünyadakı xaotik və mürəkkəb vəziyyətə baxmayaraq, iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlıq irimiqyaslı əməkdaşlıq layihələrinin davamlı şəkildə həyata keçirilməsi ilə fəal inkişaf edir", - Çin lideri deyib.
O vurğulayıb ki, Pekin və Moskva BMT mərkəzli beynəlxalq sistemi və qlobal strateji sabitliyi qorumalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31