Peskov: Putin BRİKS sammitində Maduro ilə danışıqlar aparacaq- ÖZƏL
23 Oktyabr 2024 11:01 DünyaRusiya prezidenti Vladimir Putin BRİKS sammiti çərçivəsində Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar aparacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Putin oktyabrın 23-də BRİKS sammiti çərçivəsində Maduro ilə danışıqlar aparacaq", - Kreml rəsmisi bildirib. Onun sözlərinə görə, Putinin proqramına ikitərəfli görüş daxildir. Bu gün, çərşənbə günü baş tutacaq.
Qeyd edək ki, bu günlərdə Kazanda BRİKS sammiti keçirilir. BRİKS+ toplantısında 40-a yaxın ölkədən nümayəndələr iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31