Gülən yaşadığı villanın həyətində dəfn ediləcək?
23 Oktyabr 2024 09:58 DünyaBir müddət əvvəl ölən FETÖ şəbəkəsinin lideri Fətullah Gülənin Pensilvaniyada yaşadığı iqamətgahının həyətinə ekskavatorlar gətirilib.
Olaylar bildirir ki, Anadolu Agentliyi (AA) bununla bağlı görüntülər əldə edib.
İddia edilir ki, baş FETÖ-çünün meyiti məhz buradakı həyətyanı sahədə dəfn ediləcək.
Həmçinin ərazinin mühasirəyə alındığı, ciddi şəkildə qorunduğu bildirilir.
Xatırladaq F.Gülən oktyabrın 20-də Pensilvaniyada St. Lukechr("39")s xəstəxanasında ölüb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31