Modi: Hindistan münaqişənin sülh yolu ilə həlli üçün hər cür yardım göstərəcək- ÖZƏL
22 Oktyabr 2024 16:00 DünyaHindistanın baş naziri Narendra Modi BRİKS-in Kazan sammiti çərçivəsində çıxışı zamanı bildirib ki, ölkəsi Ukraynadakı münaqişənin tezliklə sülh yolu ilə həlli ilə başa çatması üçün hər cür lazımi dəstəyi verməyə hazırdır.
Olaylar.az xəbər verir ki, Modi bunu BRİKS liderləri və Rusiya prezidenti Vladimir Putinlə eyni masa arxasında danışarkən deyib.
"Gələcəkdə hər cür yardım göstərməyə hazırıq. Zati-aliləri, bu gün bizim bütün bu məsələlərlə bağlı danışmaq imkanımız olacaq", - Modi Rusiya liderinə müraciət edərək deyib.
Ukrayna münaqişəsindən danışan Hindistanın baş naziri vurğulayıb ki, ölkəsi münaqişələrin sülh və diplomatik həlli mövqeyinə sadiqdir və buna görə də hər iki tərəf üçün ən yaxşı həll yolunu tapmağa kömək etmək üçün həm Moskva, həm də Kiyevlə daim əlaqə saxlayır. Bu, regionda sabitliyin tez bərpasına gətirib çıxaracaq.