Dmitri Peskov BRİKS-in Avropa İttifaqından nə ilə fərqləndiyini izah edib- ÖZƏL

BRİKS ölkələrinin birliyi qarşılıqlı fayda və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanan bir təşkilatdır və onun sərt nizamnaməsi yoxdur. Bu baxımdan BRİKS Avropa İttifaqından köklü şəkildə fərqlənir.

Olaylar.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kazanda keçirilən BRİKS sammiti çərçivəsində iki assosiasiya arasındakı fərqdən danışarkən deyib. 

"BRİKS-in nizamnaməsi, aydın qaydaları və s. yoxdur. Daha doğrusu, bu, ümumi dəyərləri və prinsipləri bölüşən və monosentrizm olmadan, qarşılıqlı hörmətə, qarşılıqlı faydaya əsaslanan universal münasibətlər modelinə riayət edən ölkələrin birliyidir", - deyə Kreml nümayəndəsi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31