Quterreşin Kazana səfəri BRİKS-in Qərb üçün əhəmiyyətli olduğunu göstərir - ÖZƏL
22 Oktyabr 2024 11:46 DünyaBMT-nin baş katibi Antonio Quterreşin Kazanda keçirilən BRİKS Sammitinə səfəri onu göstərir ki, bu assosiasiya Qərb üçün də mühüm əhəmiyyət kəsb edib.
Olaylar.az xəbər verir ki, bunu BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand bildirib.
"Eşitdiyimiz kimi, BMT-nin Baş katibi də gəlir, bu, Zirvə toplantısının beynəlxalq əhəmiyyət kəsb etdiyini göstərir və bu, sadəcə BRİKS dövlətlərinin və onun üzvü olmaqda maraqlı olan 30 ölkənin birliyi deyil. Bu, beynəlxalq bir hadisədir və ümid edirəm ki, Birləşmiş Millətlər Təşkilatının iştirakı BRİKS assosiasiyasının Qərb və Amerika üçün çox vacib olduğunu göstərir" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31