Nebenzya: Rusiya üçün Ukraynanın NATO-ya üzvlüyü heç bir formada qəbuledilməzdir- ÖZƏL

Ukraynanın istənilən ərazi formasında NATO-ya üzvlüyü Rusiya Federasiyası üçün qətiyyən qəbuledilməzdir. 

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Qərb ölkələrinin xahişi ilə Ukrayna üzrə çağırılan iclasında deyib.

"Ukraynanın Şimali Atlantika Alyansında hər hansı ərazi formasında NATO-ya üzvlüyü Rusiya üçün qətiyyən qəbuledilməzdir və heç bir sülh planlarının və ya vasitəçilik təşəbbüslərinin bir hissəsi ola bilməz", - diplomat qeyd edib.

Bundan əlavə, Vasili Nebenzya qeyd edib ki, Kiyev rejiminin başçısı Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin döyüş bölgəsində məğlub olması səbəbindən Şimali Atlantika Alyansının münaqişədə iştirakına arxalanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31