İsraildə İran kəşfiyyatı üçün işləyən yeddi nəfər saxlanılıb - ÖZƏL

"İsrail polisi, İran kəşfiyyatı tərəfindən ələ alınmış yeddi vətəndaşı saxlayıb. Onlar ölkə ərazisində təhlükəsizlik obyektləri və strateji hədəflər haqqında məlumat toplayırdılar və bunun qarşılığında maddi mükafat alırdılar".

Olaylar.az xəbər verir ki, bu barədə İsrail hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat verib.

Məlumata görə, İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK), Lahav 433 mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsi və AMAN məlumat təhlükəsizliyi bölməsinin birgə əməliyyatı nəticəsində Haifa və ölkənin şimalında yaşayan yeddi İsrail vətəndaşı, yəhudi əsilli şəxslər saxlanılıb. Onların İran agentləri tərəfindən ələ alındığı və müxtəlif tapşırıqları yerinə yetirdikləri bildirilir.

Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, saxlanılanlar arasında iki nəfər xüsusilə diqqət çəkir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31