BRİKS sammitinin hər bir iştirakçısı Ukrayna - Kremllə bağlı müzakirələr apara bilər - ÖZƏL
21 Oktyabr 2024 14:04 DünyaOlaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna münaqişəsi qarşıdan gələn BRİKS sammitinin gündəliyinə daxil edilməyəcək, iştirakçılar bu məsələni sərbəst müzakirə edə bilərlər.
"Bu, sammitin gündəliyində deyil, lakin hər bir iştirakçı mövzunu öz bildiyi kimi müzakirə edə bilər", - Peskov bildirib.
BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək. Prezident Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, Rusiya 2024-cü ildə BRİKS-in sədri kimi siyasət, təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət kimi mühüm sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31