Gülən öldü, rəhbərlik uğrunda mübahisə başladı

Xəbər verdiyimiz kimi, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən ölüb.

Olaylar xəbər verir ki, "Hürriyyet" qəzeti artıq Ankaraya rəsmi şəkildə məlumat verildiyini yazıb.

Gülənin son zamanlarda sağlamlıq problemlərinin artdığı, böyrək çatışmazlığı və şəkər xəstəliyindən əziyyət çəkdiyi qeyd edilir.

Hazırda təşkilatda rəhbərlik uğrunda mübahisələrin başladığı bildirilir. Qruplaşmanın fəaliyyəti üçün ayrılan pulu kimin idarə edəcəyi ilə bağlı gərginlik yaranıb. Məlumata görə, ABŞ və Avropa bu məsələ barədə müzakirələrə başlayıb. Təşkilatın sadəcə ABŞ-dakı məktəblərindən il ərzində 200-250 milyon dollarlıq pul dövriyyəsinin olduğu iddia edilir. Bununla yanaşı, çox sayda mülk və daşınmaz əmlakların olduğu deyilir. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31