Aleksey Polişçuk: ABŞ-dəki prezident seçkiləri Ukrayna böhranına təsir etməyəcək- ÖZƏL

ABŞ-də keçiriləcək prezident seçkiləri Ukraynada baş verənlərə ciddi təsir etməyəcək. 

Olaylar.az xəbər verir ki, bu sözləri   Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.

"Çətin ki, ABŞ seçkiləri Ukrayna böhranı ətrafındakı vəziyyətə ciddi təsir göstərsin", - deyə diplomat qeyd edib. O xatırladıb ki, ABŞ-də hər iki tərəf Ukraynaya dəstək məsələsində konsensusdadır. Rusiya ilə qarşıdurmaya da eyni münasibət bəsləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31