ABŞ-da qeyri-mümkün cinayətə görə edam son anda ləğv edildi- ÖZƏL

ABŞ-ın Texas ştatında son dəqiqələrdə bir məhkumun edamı təxirə salınıb. Məhkum, ekspertlərin çoxu tərəfindən qeyri-mümkün hesab olunan bir cinayətə görə edama məhkum edilmişdi. 

Olaylar.az xəbər verir ki, bu barədə The Washington Post nəşri məlumat yayıb.

Məlumata görə, edamın 17 oktyabrda həyata keçirilməsi planlaşdırılsa da, məhkumun vəkilləri müxtəlif hüquqi vasitələrdən istifadə edərək edamın qarşısını almağa çalışıblar. Onlar hətta ABŞ-ın Ali Məhkəməsinə müraciət etsələr də, nəticəsiz qalıb. Lakin Texas ştatının Konqresi məhkuma dəstək verərək onun dinləmələr üçün bir həftə sonra məhkəməyə çağırılmasına qərar verib. Maraqlıdır ki, adətən bir-birinə qarşı çıxan respublikaçılar və demokratlar bu məsələdə ortaq mövqe tutublar.

Edamdan təxminən 90 dəqiqə əvvəl dairə məhkəməsi müvəqqəti qadağa qərarı çıxararaq edamı təxirə salıb. Prokurorluq bu qərara qarşı Apellyasiya Məhkəməsinə şikayət versə də, məhkəmə edamın həyata keçirilməsinə icazə verib. Lakin son dəqiqələrdə Texas ştatının Ali Məhkəməsi konqresmenlərin müraciətini qəbul edərək edamın təxirə salınmasına qərar verib.

Beləliklə, məhkumun edamı dinləmələrə qədər dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31