Klişas: Moldovada Avropaya inteqrasiya üçün səslərin kəskin artmasının heç bir izahı yoxdur- ÖZƏL
21 Oktyabr 2024 10:34 DünyaMoldovanın Avropa İttifaqına daxil olması ilə bağlı səslərin hesablanmasının son saatlarında Avropaya inteqrasiya ilə razılaşanların sayı kəskin artıb.
Olaylar.az xəbər verir ki, senator Andrey Klişas bu haqda Teleqram kanalında yazıb. O qeyd edib ki, bunun heç bir izahı yoxdur.
"Moldovada nəticələr "gecə möcüzələri" ilə ortaya çıxdı. Birdən avrointeqrasiya üçün səslərin sayı kəskin artdı. Hələ ki, bununla bağlı heç bir izahat yoxdur"-deyə o bildirib. Klişas vurğulayıb ki, Avropa İttifaqı tez-tez 'nəticələrin tanınmaması' ilə bağlı iradlar bildirir, lakin Moldovada bu vəziyyət onun xeyrinə olduğu üçün susur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31