İsrail hərbçiləri Livanın cənubunda reaktiv yaylım atəşi sistemlərini məhv ediblər - ÖZƏL

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin cənubunda keçirdiyi reydlər zamanı Livanın şiə Hizbullah qruplaşmasına məxsus reaktiv yaylım atəşi sistemlərini məhv edib.

Olaylar.az   xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"Livanın cənubunda yerüstü reydlər zamanı İDF əsgərləri Hizbullahın böyük miqdarda silahlarını, o cümlədən tank əleyhinə raketləri, İsrailin şimalındakı icmalara yönəlmiş buraxılış qurğularını, RPQ-atıcı qurğuları, döyüş sursatlarını, partlayıcıları, qumbaraatanları və əlavə döyüş texnikasını aşkarlayıb və söküblər. Qoşunlar həmçinin Hizbullah terrorçularını, o cümlədən taktiki səviyyəli komandirləri və əsgərlərə qarşı tank əleyhinə raketlər atan bir terrorçu hücrəni məhv edib", - deyə İDF bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31