ABŞ Müdafiə Naziri Lloyd Ostin Kiyevə gözlənilməz səfər edib- ÖZƏL
21 Oktyabr 2024 10:26 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Müdafiə Naziri Lloyd Ostin bu gün Kiyevə gözlənilməz səfərlə gəlib. Bu barədə CNN xəbər yayıb.
Məlumatda bildirilir ki, Ostin bazar ertəsi səhər tezdən Kiyevə çatıb. ABŞ-nin Ukraynaya yardımı növbəti prezident seçkiləri ərəfəsində qeyri-müəyyənlikdədir, eyni zamanda Rusiya döyüş meydanında davamlı uğurlar qazanır.
Səfər çərçivəsində Lloyd Ostin Ukrayna Prezidenti Volodimir Zelenski və Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşəcək.
Qeyd edək ki, daha əvvəl Ostin Ukraynadakı münaqişənin sonda diplomatik danışıqlar yolu ilə həll ediləcəyini vurğulamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31