İran prezidentinin Rusiyaya səfər tarixi bəlli olub

İran prezidenti Məsud Pezeşkian oktyabrın 22-də Rusiyaya səfər edəcək.

Olaylar-ın məlumatına görə, bunu İran Prezident Aparatının ictimai əlaqələr departamentinin Həbibulla Abbasi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran prezidenti BRICS və BRICS+ üzv ölkələrinin dövlət başçılarının sammitində çıxış edəcək.

Abbasi deyib ki, İran prezidenti səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının sədri Si Cinpin də daxil olmaqla, üzv ölkələrin prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, BRICS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRICS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31