Kuba ABŞ-ın embarqosuna qarşı qətnaməni yenidən BMT Baş Assambleyasına təqdim edəcək - ÖZƏL

Kuba ABŞ-ın embarqosuna qarşı qətnaməni oktyabrın 30-da 32-ci dəfə BMT Baş Assambleyasına təqdim edəcək.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Quzman ABŞ-ın davam edən çoxillik iqtisadi embarqosu fonunda bildirib.

Onun sözlərinə görə, ilk dəfə qətnaməni 59 ölkə dəstəkləyib, bu gün onun qəbuluna səs verən dövlətlərin sayı artaraq 187-yə çatıb: "Oktyabrın 30-da biz embarqoya qarşı qətnaməni 32-ci dəfə təqdim edəcəyik. 187 ölkə dəstəkləyir. Embarqonun ləğvi ilə bağlı qətnaməmiz və tələbimiz, təəssüf ki, BMT Baş Assambleyasının qərarları məcburi olmadığı üçün heç bir şey baş vermir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31