Ukraynanın "çirkli bomba" yaratmaq gücü var - Rusiya

Kiyev rejimi hətta yaxın bir neçə ildə müstəqil şəkildə nüvə silahı yarada bilməyəcək, lakin "çirkli bomba"dan istifadə edə bilər.

​Olaylar xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Vladimir Çijov deyib.

Onun sözlərinə görə, heç kim Kiyevə nüvə silahı verməyə hazırlaşmır:

"Ukraynanın özünə gəlincə, təbii ki, nə iki-üç həftəyə, nə də iki-üç ildən sonra onlar belə bir bomba yarada bilməyəcəklər, lakin təbii ki, onların "çirkli bomba" yaratmaq imkanları var". (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31