Rusiyanın Şimal Döyüş Qrupu son sutka ərzində Ukrayna ordusuna 75-ə qədər itki verib

Rusiyanın "Şimal Döyüş Qrupu" Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatda son sutka ərzində öz məsuliyyət zonasında Ukrayna hərbçilərinə 75-ə qədər itki verib.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu qrupun mətbuat katibi Yaroslav Yakimkin bildirib.

"Şimal döyüş qrupunun bölmələri Liptsy və Volçansk istiqamətlərində Ukrayna silahlı qüvvələrinin 57-ci motoatıcı və 125-ci ərazi müdafiə briqadalarının Volçansk, Liptsy və Russkaya Lozovaya yaşayış məntəqələri yaxınlığındakı birləşmələrinə itkilər veriblər. Ukrayna ordusunun itkiləri xeyli artıb. 75 hərbçi və üç maşın", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31