Lavrov: Kiyevin nüvə silahı yaratmaq planı ağılsızlıqdır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Ukrayna hakimiyyətinin nüvə silahı yaratmaq planını ağılsız adlandırıb. Bu fikri o, mətbuat konfransında səsləndirib.

Lavrov, Qərb ölkələrinin mediasında Ukraynanın bir neçə həftə ərzində nüvə silahı yarada biləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərək, bunu "ağılsızlıq" adlandırıb və belə bir şeyin heç vaxt baş verməyəcəyini vurğulayıb.

Nazir, Rusiyanın artıq Vladimir Zelenski və onun komandasının bəyanatlarını təhlil etməyin faydasız və əks-təsirli olduğunu başa düşdüyünü qeyd edib.

Qeyd edək ki, Ukrayna prezidenti daha əvvəl nüvə silahının ölkənin NATO-ya üzvlüyünə alternativ ola biləcəyini söyləmişdi, lakin sonradan Kiyevin nüvə silahı yaratmağı planlaşdırmadığını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31