Kiyev çirkli bomba üzərində işləyir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev xəbərdarlıq edib ki, Ukrayna çirkli bomba üzərində işləyir, bunun üçün bütün imkanlar var.

Rusiyalı siyasətçi Ukraynanın nüvə silahı ilə bağlı ritorikasını cəfəngiyyat adlandırsa da, o, Kiyevin çirkli bomba hazırlaması ilə bağlı yazıların diqqətdən kənarda qalmamalı olduğunu bildirib. 

"Kiyev rejiminin bunun üçün lazım olan hər şeyi var: resurslar, texnologiya və mütəxəssislər", - Medvedev deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31