Mask Filadelfiyada Trampa dəstək üçün ilk seçki mitinqini keçirdi

Amerikalı iş adamı İlon Mask Filadelfiyada Donald Trampa dəstək üçün ilk seçki mitinqini keçirib.

Olaylar.az bildirir ki, Mask Filadelfiyadakı məktəbin auditoriyasında keçirdiyi mitinqdə iştirakçıları erkən qeydiyyatdan keçib səs verməyə çağırıb.

İş adamı qısa çıxışından sonra iştirakçıların suallarını cavablandırıb. O, ABŞ Konstitusiyasının üstünlüyünü vurğulayaraq bunları deyib:

"Bu konstitusiya sözün əsl mənasında Birləşmiş Ştatları bugünkü vəziyyətə gətirən əsas dəyərlər toplusudur. Buna qarşı çıxan hər kəs anti-amerikalıdır. Onların isə canı cəhənnəmə!".

Mask həmçinin ABŞ və sivilizasiyanın gələcəyinin təhlükədə olduğunu deyib. O, siyasi məsələlərdə aktiv olacağını bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31