Çin heç vaxt Rusiyaya və ya Ukraynaya öldürücü silah tədarük etməyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqdə ABŞ-ın Rusiya ilə bağlı Çinə qarşı son sanksiyalarını şərh edərkən bildirib ki, Çin Rusiyaya və ya Ukraynaya silah vermir və ikili təyinatlı malların ixracına ciddi nəzarət edir.

"Çin ABŞ-ın Çin müəssisələrinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalarına qəti şəkildə qarşı çıxır və heç vaxt əsassız ittihamları qəbul etməyəcək və ABŞ-ın təzyiqinə boyun əyməyəcək"- Mao Ning deyib. 

"Çin heç vaxt Rusiya-Ukrayna münaqişəsində heç bir tərəfə öldürücü silah təqdim etməyib. Biz ikili təyinatlı malların, o cümlədən pilotsuz təyyarələrin ixracına ciddi nəzarət edirik və mülki PUA-ların hərbi məqsədlər üçün istifadəsinə qarşıyıq", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31