Putin Pezeşkianı buna görə Moskvaya dəvət etdi

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş Prezident Məsud Pezeşkianın Moskvaya səfəri zamanı imzalanacaq.

Olaylar xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

"Bu saziş Kazanda 22-24 oktyabrda BRİKS sammiti zamanı imzalanmağa hazır idi, lakin iki ölkənin prezidentləri Aşqabadda keçirilən görüşdə bunun ikitərəfli səfərlər zamanı bağlanması haqda razılaşdılar. Bununla əlaqədar Rusiya Prezidenti Vladimir Putin Pezeşkyanı Moskvaya səfərə dəvət etdi", - Cəlali bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31