Rusiya Arxangelsk vilayətində “Kalibr” qanadlı raketini uğurla sınaqdan keçirib - ÖZƏL

Rusiyanın şimal-qərbində Arxangelsk vilayətində Rusiyanın "Admiral Kasatonov" freqatı "Kalibr" qanadlı raketinin sınaqdan keçirilməsini uğurla həyata keçirib.

Olaylar.az   xəbər verir ki, bunu ölkənin Şimal Donanmasının mətbuat xidməti bildirib.

"Şimal Donanmasının "Admiral Flota Kasatonov" freqatı planlı döyüş hazırlığı tədbirləri çərçivəsində sahil hədəfinə raket atışları həyata keçirib. Barents dənizindən "Kalibr" qanadlı raketi atılıb və 1300 km-dən çox məsafədəki Çija poliqonunda yerləşən yeri hədəf alıb" - Donanma, hədəfin uğurla vurulduğunu əlavə etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31