Orban: Ukrayna Rusiya ilə güc mövqeyindən danışa bilməz- ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban, Ukraynanın Rusiya ilə güc mövqeyindən danışıqlar apara bilməyəcəyini, çünki məğlubiyyət yaşadığını bildirib.

Orbanın sözlərinə görə, hərbi əməliyyatlar nəticəsində vəziyyət Rusiyanın xeyrinə dəyişib və buna görə də Ukrayna Qərbin tövsiyə etdiyi kimi güc mövqeyindən danışıq apara bilməz. O, həmçinin atəşkəsin mümkün qədər tez elan edilməsinə və sülh danışıqlarının başlanmasına çağırıb.

Bundan əvvəl Macarıstanın baş naziri qeyd etmişdi ki, Vladimir Zelenskinin "qələbə planı" Ukraynanı məğlubiyyətə aparacaq və Macarıstan bu planda iştirak etməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31