Regional məsələlərin sülh yolu ilə həlli vacibdir – İran XİN rəhbəri

Regional məsələlərin sülh yolu ilə həll olunması vacibdir.

Olaylar İran KİV-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi xarici işlər nazirlərinin "3+3" formatında görüşü ərəfəsində jurnalistlərə deyib.

"Mən regional məsələləri müzakirə etmək üçün Türkiyənin prezidenti və xarici işlər naziri ilə görüşəcəyəm. Hazırda münaqişənin təhlükəsi və bölgədə, Qəzzada və Livanda müharibənin genişləndirilməsi ehtimalı barədə ümumi bir anlayış var", - İran XİN rəhbəri qeyd edib.

XİN rəhbəri vurğulayıb ki, regional məsələlərin sülh yolu ilə həll olunması vacibdir.

"3+3" görüşlərinin Gürcüstanın iştirakı olmadan keçiriləcəyi bildirilib, lakin bölgənin digər ölkələri danışıqlar aparmaq və Qafqaz regionu ilə bağlı fəaliyyətlərini koordinasiya etmək niyyətini nümayiş etdirir. Biz bölgədəki problemlərin sülh yolu ilə həllinə, təhlükəsizliyə və siyasi razılaşmalara diqqət yetirməliyik ki, bölgəyə sülh və sabitlik gətirək", - A.Araqçi əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31