Deputat Slutski: Qərb Ukraynaya öz əsgərlərini göndərməyə razı olmayacaq- ÖZƏL

ABŞ və Avropa ölkələri Vladimir Zelenskinin tələb etdiyi kimi, Ukraynaya öz hərbi qulluqçularının göndərilməsinə razılıq verməyəcək. 

Olaylar.az xəbər verir ki, bu bəyanatla Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib.

"Çətin ki, Vaşinqton və Brüssel kukla Kiyev rejiminin ucuz hiyləsinə uysunlar. Quyruq yalnız kuklaçılara faydalı olduğu müddətcə iti yelləyə bilər", - parlamentari Telegram kanalında yazır.

Slutski Zelenskinin Ukraynanı hazırda NATO-ya qəbul etmək, habelə NATO-nun uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə vermək tələbini həyasızlıq adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31