Avstraliya Qərbin Moskva ilə qarşıdurmasında daha bir addım atır - ÖZƏL

Olaylar.az   xəbər verir ki, Rusiyanın Avstraliyadakı səfiri Aleksey Pavlovski bildirib ki, Kanberra Ukraynaya M1A1 Abrams tankları göndərməklə Qərbin Moskva ilə qarşıdurmasında daha bir addım atır.

"Heç bir halda müdafiə silahı olmayan döyüş tanklarının tədarükü Avstraliyanın Qərbin Rusiyaya qarşı proksi müharibəsinə getdikcə daha dərindən cəlb olunmasında növbəti addımdır. Ukraynanın acınacaqlı durumu haqqında timsah göz yaşları tökməklə yanaşı, Avstraliya müharibənin uzadılmasına həm siyasi, həm də maddi cəhətdən töhfə verir. Ukrayna Prezidenti Vladimir Zelenskinin əcnəbi ağalarının maraqları naminə ukraynalıları qırğına göndərməyə davam edə biləcəyinə əmin olmaq lazımdır" - deyən Pavlovski, tankların əvvəllər hədiyyə edilmiş Bushmasters zirehli maşınları kimi yanacağını da əlavə etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31