Bundestaq deputatı: Kiyevin nüvə təhdidi cəzasız qalmamalıdır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Bundestaqının "Sahra Vaqenknext Birliyi - Məntiq və Ədalət" partiyasından olan deputatı Sevim Dağdələn, Ukraynanın nüvə təhdidlərinin cəzasız qalmamalı olduğunu vurğulayıb. Bu fikri o, sosial şəbəkə X-də öz səhifəsində paylaşıb.

Dağdələn bildirib: "Bu, getdikcə daha da təhlükəli olur. Zelenskinin "qələbə planı" çox təhlükəli bir dünya müharibəsi planıdır. Ukraynanın NATO-ya tez bir zamanda üzv olması üçün nüvə şantajı cəzasız qalmamalıdır və Almaniya daha da bu müharibəyə cəlb edilməməlidir."

Siyasətçi, eyni zamanda, Ukraynaya silah tədarükünün dayandırılmasına və cari böhranın diplomatik yollarla həllinə çağırıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov, Ukraynanın nüvə silahı yaratmasının mümkün olmadığını bildirib. Onun sözlərinə görə, Ukrayna yalnız "çirkli bomba" hazırlaya bilər, lakin Rusiya bütün ssenariləri nəzərə alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31