Aİ-dən Ukrayna ilə bağlı çağırış

Avropa İttifaqının sammiti ölkələrini Ukraynaya hava hücumundan müdafiə sistemləri, raketlər və mərmilərin tədarükünü artırmağa, sürətləndirməyə çağırıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb

Aİ dövlət və hökumət başçıları Ukrayna əhalisini və mühüm enerji infrastrukturunu qorumaq üçün Kiyevə hərbi dəstəyi artırmağa çağırıblar. Sammitin yekun bəyanatında həmçinin ölkənin müdafiə sənayesinə dəstəyin artırılmasının vacibliyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31