Hizbullah yenə Hayfaya raket zərbəsi endirdi

Bu gün səhər saatlarında Hizbullah İsrailin hayfa şəhəri istiqamətinə raket buraxıb.

Olaylar xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, Hayfa və Yuxarı Qaliley də daxil olmaqla, 4 bölgədə hava həyəcanı sirenləri işə düşüb.

Təsbit edilən iki raketdən biri vurulub, digəri isə açıq əraziyə düşüb.

Qeyd edək ki, 13 oktyabrda Hizbullah Hayfa yaxınlığında hərbi bazaya zərbə endirmişdi. Nəticədə 4 əsgər ölmüş, 67 əsgər yaralanmışdı. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31