Tiflis İstanbul görüşündən imtina etdi

Gürcüstan oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə "3+3" platforması çərçivəsində keçiriləcək danışıqlarda təmsil olunmayacaq.

Olaylar xəbər verir ki, bu barədə TASS-a Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

"Xeyr, İstanbulda keçiriləcək 3+3 platforması toplantısına qatılmayacağıq. Gürcüstan çoxdan bəyan edib ki, bu formatda işləmir", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31