Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 4 nəfər yaralanıb.
Olaylar.az bildirir ki, bu barədə Malatya valisi Səddar Yavuz jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin şəxslərdən biri eyvandan tullandığına, digərləri isə pilləkanları sürətlə düşdüyünə görə xəsarət alıb.