2003-cü il çevrilişinin arxasında duran qüvvələr Gürcüstanda növbəti qiyamın olmasını istəyir - ÖZƏL
16 Oktyabr 2024 13:34 DünyaHələ 2003-cü ildə Gürcüstan hökumətini devirmək üçün xaricdən gələn göstərişlər əsasında hərəkət edən qüvvələr ölkədə növbəti dövlət çevrilişi etmək istəyirlər.
Olaylar.az xəbər verir ki, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi Bidzina İvanişvili bildirib.
"Xarici tərəfdaşlar tərəfindən maliyyələşdirilən və təhrik edilən siyasətçilər, QHT-lər və media orqanlarının inqilabi əhval-ruhiyyələrə səbəb olan xalq narazılığının nəticəsi kimi 2003-cü ilin noyabr hadisələrini təsvir edərək bir növ "alternativ kainat" yaratdıqlarını xatırlayın.
Bu gün eyni qüvvələr hələ də eyni niyyətləri güdürlər: xarici güclərin maraqlarına xidmət edərək, bölünmüş və münaqişələrin hökm sürdüyü cəmiyyətdə hakimiyyəti ələ keçirmək üçün növbəti dəfə yalana, təbliğata və saxta simvollara əl atırlar və eyni bədbəxtliklərə səbəb olurlar", - İvanişvili əlavə edib.