ABŞ Ukraynada Rusiya raketlərini vurmaqdan imtina edir- ÖZƏL
16 Oktyabr 2024 12:38 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Kiyevə Rusiya raketləri və PUA-larını Ukrayna üzərində vurmaq üçün kömək etməyəcək. Bu qərarın səbəbi Vaşinqtonun Rusiya ilə birbaşa münaqişədən çəkinmək istəməsidir.
Amerika Senatındakı mənbənin sözlərinə görə, ABŞ İran raketlərini İsrail üzərində vurmağa risk edə bilər, çünki Tehranın nüvə silahı yoxdur. Ancaq Rusiyanın nüvə silahlarına malik olması ABŞ-ni daha ehtiyatlı davranmağa məcbur edir. "Ukraynalılara bəlkə də xoş gəlməyəcək sərt cavab budur: biz İran raketlərini İsrail üzərində vurmaq riskini götürə bilərik, lakin bu, birbaşa Rusiya ilə nüvə müharibəsinə səbəb ola bilər", - deyə senator köməkçisi qeyd edib.
Ağ Evdəki mənbələr də ABŞ hərbçilərinin Ukraynada Rusiya raketlərini vurmağa cəhd etməsinin iki nüvə dövləti arasında birbaşa toqquşmaya səbəb ola biləcəyini və bunun apokaliptik nəticələrə gətirib çıxaracağını bildiriblər.
Bundan əvvəl Vladimir Zelenski NATO-nun baş katibi Mark Rutte ilə Kiyevdə keçirilən görüşdən sonra Qərb müttəfiqlərinin Ukrayna üzərində Rusiya raketlərini və dronlarını vurmağa hazır olmadığını qeyd etmişdi.