Dəhşətli cinayət: İran 230 əfqanı güllələdi

İran sərhədçiləri Əfqanıstanla sərhəddəki Saravan rayonunun Kəlqan bölgəsində ölkəyə daxil olmağa çalışan əfqanıstanlılara atəş açıb.

Olaylar xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, 300 nəfərlik qrupun yalnız 70 nəfəri sağ qalıb, 230 nəfər ölüb və ya yaralanıb.

Əfqanıstanın keçmiş baş prokuroru Məhəmməd Fərid Həmidi də bununla bağlı özünün X hesabında paylşım edib:

"Bu İran hökumətinin əfqanıstanlı qaçqınları qəsdən qətliam etməsidir, bu, bəşəriyyətə qarşı cinayətdir". (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31