“Fələstinə azadlıq” deyib zalı tərk etdilər - VİDEO
16 Oktyabr 2024 11:16 DünyaParlamentlərarası İttifaqın Cenevrədə keçirilən 149-cu Assambleyası zamanı israilli nümayəndələrə qarşı etiraz aksiyası təşkil edilib.
Olaylar xəbər verir ki, hadisə İsrail nümayəndəsinə çıxış üçün söz verilərkən baş verib.
Bu zaman Türkiyə də daxil olmaqla bir neçə ölkənin parlament üzvü zalı tərk edib. Bəziləri zalı tərk edərkən "Fələstinə azadlıq" şüarları səsləndirib.
İclası tərk edənlər İsrail rəsmisinin çıxışı başa çatdıqdan sonra geri qayıdıblar. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31