Türkiyə İraqda PKK-ya qarşı əməliyyat keçirib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi hava əməliyyatları nəticəsində 14 PKK terrorçusu zərərsizləşdirilib.

Olaylar xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatını zərərsizləşdirməyə davam edir.

Məlumatda qeyd olunub ki, İraqın şimalında 9-11 oktyabr tarixlərində keçirilən hava əməliyyatları nəticəsində Gara bölgəsində 9 və Hakurk bölgəsində 5 terrorçu olmaqla, ümumilikdə 14 PKK terrorçusu zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31