ABŞ Rusiyanın nüvə silahından qorxduğu üçün Kiyevə kömək etməkdən qorxur- ÖZƏL
16 Oktyabr 2024 10:48 DünyaVaşinqton Moskvanın nüvə silahından qorxur, ona görə də Rusiya raketlərinin qarşısını almaq üçün öz qoşunlarını Ukraynaya göndərməyə həvəsli deyil.
Olaylar.az xəbər verir ki, bu haqda "Politico" yazır. Nəşrə görə, bu siyasət ABŞ-ın İran raketlərinin vurulmasında İsrailə yardım göstərməsinə mane olmur. Tehranın nüvə silahı yoxdur və Rusiyaya qarşı oxşar hərəkətlər risklidir.
Nəşr ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmilərindən sitat gətirir: "Rusiya raketlərini vurmaq üçün ABŞ qoşunlarının Ukraynaya göndərilməsi iki nüvə dövləti arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər ki, bu da İkinci Dünya Müharibəsindən bəri ən böyük Avropa münaqişəsi fonunda fəlakətli nəticələrə səbəb ola bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31