FT: ABŞ prezident seçkilərinin nəticələrinə mərc oynamağa icazə verdi- ÖZƏL

Keçən həftə ABŞ məhkəməsi prezident seçkilərinin nəticələri ilə bağlı mərc etməyi qadağan edən qərarı ləğv edib. 

Olaylar.az xəbər verir ki, bu haqda Financial Times yazır. 

Vaşinqtondakı amerikalı tənzimləyici orqana qarşı məhkəmə qələbəsi qazanan Kalşi platforması indi institusional investorların 100 milyon dollara qədər mərc etməsinə imkan tanıyır. 

Kalşinin təsisçisi Tarek Mansur bildirib ki, qadağanın aradan qaldırılmasından sonra ilk bir neçə gün ərzində 12 milyondan çox dollar mərc qoyulub və şirkət aktiv şəkildə platformada institusional oyunçularla əməkdaşlıq edir. Bu məbləğlərin seçkilərin yaxınlaşdıqca artacağı gözlənilir.

Seçkilər ərəfəsində müqavilələrin qiymətləri gözlənilən hadisələrin ehtimalına görə dəyişir. Məsələn, 14 oktyabrda Donald Trampın qalib gəlməsi üçün müqavilələr 54 sent, Kamala Harris üçün müqavilələr isə 47 sent qiymətləndirilmişdi. Bu, əvvəlcə 51-dən 49 səntə qədər dəyişən kiçik fərqi artırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31