Politico: Kiyev ABŞ-ın müttəfiqlərini dəstəkləməkdə ikili standartlarına görə qəzəblənir- ÖZƏL

Bu həftə ABŞ İsraili İranın ballistik raketlərindən qorumaq üçün qabaqcıl hava hücumundan müdafiə sistemləri və qoşunları yerləşdirdi, lakin Ukrayna eyni səviyyədə yardım almır. Bu, Kiyevdə narazılığa səbəb olur və yerli hakimiyyət müttəfiqləri dəstəkləməkdə ikili standartlardan hiddətlənir. 

Olaylar.az xəbər verir ki, bu haqda "Politico" yazır.

"Əgər müttəfiqlər Yaxın Şərq üzərində raketləri vururlarsa, niyə Ukraynanı təhdid edən pilotsuz təyyarələrə və raketlərə qarşı tədbir görmürlər?",- deyə Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib. Ukrayna Xarici İşlər Nazirliyi daha sonra müttəfiqləri "Ukrayna hava məkanını eyni qətiyyətlə müdafiə etməyə" çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31