Almatıda böyük ərazili anbar yanır: operativ qərargah yaradıldı - VİDEO

 

Qazaxıstanın Almatı şəhərində böyük ərazili anbarda yanğın başlayıb.

Trend  bildirir ki, yanğının ərazisi təxminən 3 min kvadrat metri əhatə edir.

Almatı Şəhər Fövqəladə Hallar İdarəsindən bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisə yerinə 70-dən çox yanğınsöndürən və 20-yə yaxın texnika cəlb edilib.

Yanğınla əlaqədar şəhərdə operativ qərargah da yaradılıb.

Qeyd edilib ki, yanğın baş verən ərazidə partlayış təhlükəsi olan qaz balonları var. Bu isə yanğının söndürülməsini çətinləşdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31