Rusiyada sənaye binasında güclü yanğın - VİDEO

 

 

Udmurtiyanın paytaxtı İjevskdə (Rusiya) sənaye binasında 3,5 min kvadratmetr sahədə yanğın baş verib.

Oxu.az  bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yanğın peşəkar yuyucu və dezinfeksiyaedici vasitələr istehsal edən müəssisədə qeydə alınıb.

Hadisə yerinə 100-dən çox mütəxəssis və 33 texnika cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31