ABŞ İranın hərbi gəmisinə kiberhücum həyata keçirib

ABŞ Qırmızı dəniz və Ədən körfəzində yük gəmiləri barəsində kəşfiyyat məlumatları toplayan İran gəmisinə kiberhücum həyata keçirib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, kiberhücum İrana məxsus "MV Behshad" gəmisinə həyata keçirilib. Qeyd olunub ki, gəmi Çin hərbi bazasına yaxın məsafədə, Cibuti limanının yaxınlığında yerləşir. ABŞ rəsmiləri İranın gəmidən husilərə məlumat ötürmək üçün istifadə etdiyini iddia edir.

Qeyd edək ki, "Ənsar Allah" hərəkatı İsrail Qəzza zolağında hərbi əməliyyatı dayandırmayana qədər İsrailə hücumlar edəcəyini, eləcə də, İsrailə məxsus və ya onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri buna cavab olaraq Yəmənə bir neçə dəfə zərbələr endirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31